Su təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri fakültəsi haqqında məlumat

Azərbaycan Memarlıq və İnşaat Universitetinin ən böyük fakültələrindən biri olan Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi təhsil sistemində aparılan reformlarla əlaqədar olaraq Universitetin Elmi Şurasının 20.09.2001-ci il tarixli qərarı ilə yaradılmışdır. Bu fakültə Su təsərrüfatı tikintisi və ekologiya, Mühəndis sistem və qurğuları fakültələrinin bazası əsasında təşkil edilmişdir.

Fakültədə 5 ixtisas üzrə mütəxəssis hazırlanır. Fakültəyə daxil olmaq istəyən abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər. Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində olmaqla, əyani və qiyabi əsaslarla aparılır.

 

Jurnalımızın sizə vəd etdikləri