Hidrotexniki Qurğular barədə yeni kitab işıq üzü görüb

“Azdövsutəslayihə” institunun aparıcı mühəndisi vəzifəsində çalışan İslam Quliyevin “Hidrotexniki qurğular” kitabı çapdan çıxıb. Bu müəllifin sayca ikinci kitabıdır.
Kitab 2 hissə və 8 fəsildən ibarətdir. 1-ci hissə “Sugötürən qurğular”, 2-ci hissə isə “Durulducu hovuzlarda gətirmələrlə mübarizə” mövzularını əhatə edir.
Kitab Hidrotexnika sahisindəki dünya alimləirinin zəingin təcrübəsi və elmi araşdırmaları əsasında yazılıb.
Kitabda bəndli, bəndsiz və şporlu sugötürənlər, suyun maşınla qaldırılması və durulducuların layihələndirilməsi üçün əsaslar, onların quruluşu və hesabatları barəsində geniş məlumat verilir. Praktik işlərdə kitabdan istifadəni asanlaşdırmaq üçün həll ediləcək məsələlər konkret nümunələrlə izah edilir.
Kitabdan hidrotexnika mühəndisləri, hidroenergetiklər, suvarma sahəsində çalışan mütəxəssislər, layihələndirmə ilə məşğul olan mühəndislər, hidromeliorasiya sahəsində çalışan elmi işçilər, hidroqovşaqların istismarı ilə məşğul olan mühəndis-texniki işçilər və bu sahə üzrə təhsil alan ali məktəb tələbələri də istifadə edə bilərlər.