14.12.2022-ci il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Azərbaycan “Meliorasiya və Su Təsərrüfatı” ASC arasında 2022-2023-cü illər üzrə əməkdaşlığa dair tədbirlər planına əsasən “ST və MKS” fakültəsində növbəti seminar keçirilmişdir.
14.12.2022-ci il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Azərbaycan “Meliorasiya və Su Təsərrüfatı” ASC arasında 2022-2023-cü illər üzrə əməkdaşlığa dair tədbirlər planına əsasən “ST və MKS” fakültəsində növbəti seminar keçirilmişdir. Seminarı açıq elan edən “ST və MKS” fakültəsinin dekan müavini Hamlet Əliyev seminara təşrif buyurmuş “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin əməkdaşlarına xüsusi təşəkkürünü bildirmiş, artıq silsilə halını almış seminarların təşkilinin təqdirəlayiq bir hal olduğunu qeyd etmişdir. Daha sonra “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin əməkdaşı Əli Qənbərli çıxış edərək, tədbirlər planına əsasən gələcək görüşlərdə esse müsabiqəsinin təşkili, təcrübə proqramları, o cümlədən müxtəlif su anbarlarına, təcrübə stansiyalarına ekskursiyaların nəzərdə tutulduğunu diqqətə çatdırmışdır.
Ardınca Azərbaycan Dövlət Su təsərrüfatı Layihə İnstitunun baş məsləhətçəsi Abbas Novruzov “Ölkəmizdə aqrar sahənin inkişafında meliorasiya və su təsərrüfatı layihələrinin rolu” adlı mühazirə ilə çıxış etmişdir. A.Novruzov çıxışında dünyanın inkişaf etmiş ölkələrində kənd təsərrüfatı sahəsinin inkişafında meliorasiya və su təsərrüfatı layihələrinin rolunun vacibliyini və o cümlədən ölkəmizdə cənab Prezident İlham Əliyevin daima diqqətdə saxladığı aqrar sahənin inkişafının prioritet məsələlərdən olduğunu və bu baxımdan meliorasiya və su təsərrüfatı layihələrinin rolunun əsas amillərdən olduğunu seminar iştirakçılarının nəzərinə çatdırmışdır. Abbas Novruzovun çıxışı tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır və seminar diskusiya və sual-cavablarla yekunlaşmışdır.