AzMİU-nun "Meliorasiya və su təsərrüfatı tikintisi" kafedrasının elmi seminarı keçirilmişdir

AzMİU-nun "Meliorasiya və su təsərrüfatı tikintisi" kafedrasının elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti, F.Həsənov çıxış etmişdir. F. Həsənov çıxışında Azərbaycanın kiçik çayları və onlardan səmərəli istifadədən söhbət açaraq, ölkəmizin mövcud olan su ehtiyatları, su anbarları, çayları, gölləri haqqında ətraflı məlumat vermiş, gələcəkdə Respublikamızda yarana biləcək su çatışmamazlığından və dövlətimiz tərəfindən indidən bu problemlərin qarşısının alınması yollarından bəhs etmişdir. F.Həsənovun çıxışı olduqca maraqla qarşılanmışdır. Seminar sual-cavab və müzakirələrlə davam etmişdir.