AzMİU-nun "ST və MKS" fakültəsinin tələbələri "Taxtakörpü" su anbarında təcrübədə iştirak etmişlər

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında 22.09.2022-ci il tarixində imzalanmış memoranduma əsasən tələbələrin İstehsalat və Texnologiya təcrübəsi üzrə biliklərinin artırılması məqsədilə 2022/2023-cü tədris ilində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin obyektlərinə ekskursiyalar nəzərdə tutulmuşdur. “ST və MKS” fakültəsinin bir qrup professor-müəllim heyətinin rəhbərliyi ilə fakültə tələbələri, Orhun mübadilə proqramı əsasında AzMİU-da tədris alan Qırğızıstan Respublikasının Manas universitetinin tələbələri və 7M07304 – “Mühəndis sistemləri və şəbəkələri” tədris proqramına əsasən AzMİU-da Elmi-tədqiqat təcrübəsi keçən Qazaxıstan Respublikasının Satbayev Universitetinin 2-ci kurs magistr tələbələri 07.04.2023-cü il tarixində Şabran rayonunda yerləşən "Taxtakörpü” su anbarına olan ekskursiyada iştirak etmişlər.