Qazaxıstan Respublikası Satbayev Universitetinin 2-ci kurs magistr tələbələri AzMİU-da Elmi-tədqiqat təcrübəsində iştirak edirlər
Qazaxıstan Respublikası Satbayev Universitetinin 2-ci kurs magistr tələbələri AzMİU-da Elmi-tədqiqat təcrübəsində iştirak edirlər.
7M07304 – “Mühəndis sistem və şəbəkələri” beynəlxalq tədris proqramına əsasən 30.03.2023-cü il tarixindən 18.04.2023-cü il tarixədək Qazaxıstan Respublikası Satbayev Universitetinin 2-ci kurs magistr tələbələri AzMİU-da Elmi-tədqiqat təcrübəsində iştirak edəcəklər.
Onu da qeyd edək ki, Satbayev Universitetinin magistrları AzMİU-nun “Mühəndis sistemlərinin və qurğularının tikintisi” kafedrasında Elmi-tədqiqat təcrübəsi keçəcəklər.
