14.02.2023-cü il tarixində AzMİU-nun “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının elmi seminarı keçirilmişdir

14.02.2023-cu il tarixinde AzMIU-nun “Meliorasiya ve su teserrufati tikintisi” kafedrasinin elmi seminari kecirilmisdir

14.02.2023-cü il tarixdə “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının elmi seminarı keçirilmişdir. Seminarı açıq elan edən “ST və MKS” fakültəsinin dekanı prof. Z.Musayev kafedranın elmi fəaliyyəti ilə tanışlıq üçün silsilə seminarların keçirilməsinin çox təqdirəlayiq bir hal olduğunu qeyd etmişdir. Seminarda “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının dosenti Aqil Mürsəlov “Hidrotexniki tunellərə olan təsirləri nəzərə almaqla, onların statiki baxımdan modelləşdirilməsi” adlı mövzu ilə  çıxış etmişdir. A.Mürsəlov çıxışında hidrotexniki tunellərə olan təsirlər məsələsinin günümüzdə olduqca aktual bir mövzu olduğunu qeyd etmiş və baxılan məsələnin bir çox məşhur alimlər tərəfindən irəli sürülən fərqli təkliflərdə öz əksini tapdığını seminar iştirakçılarının nəzərinə çatdırmışdır. Daha sonra çıxış edən “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının professoru Y.Qəhrəmanlı mövzunun çox aktual olduğunu qeyd etmiş və A.Mürsəlova dolğun çıxışa görə dərin təşəkkürünü bildirmişdir. Ardınca “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının dosenti A.Piriyev çıxış edərək baxılan məsələnin ölkəmizdə bir çox hidrotexniki tunellərin layihələndirilməsi zamanı nəzərə alınacaq bir komponent olduğunu vurğulamış, A.Mürsəlova çıxışa və seçilən mövzuya görə minnətdarlığını bildirmişdir. Seminar sual-cavab və diskusiyalarla davam etmişdir. Sonda “ST və MKS” fakültəsinin dekanı Z.Musayev çıxış edərək mövzunun olduqca aktual olduğunu bildirmiş və çıxışa görə A.Mürsəlova dərin minnətdarlığını bildirmiş və bu kimi seminarların vaxtaşırı keçirilməsinin çox faydalı olduğunu qeyd etmişdir.