15.02.2023-cü il tarixində AzMİU-nun "Ekologiya" kafedrasının elmi seminarı keçirilmişdir

15.02.2023-cu il tarixinde AzMIU-nun "Ekologiya" kafedrasinin elmi seminari kecirilmisdir

15.02.2023-cü il tarixində "Ekologiya" kafedrasının elmi seminarı keçirilmişdir. Seminarda t.e.d. prof. Hacızadə Fuad “Qarabağ ərazisində mövcud yeraltı hərbi kommunikasiyaların geofiziki üsullarla və aerokosmik məlumatlar əsasında aşkar edilməsi” mövzusu ilə çıxış etmişdir. Prof. F.Hacızadə çıxışında işin məqsədindən, elmi yeniliklərindən, Qarabağdakı əməliyyatın aktiv mərhələsi bitdikdən sonra, kompleks geofiziki və aerokosmik (o cümlədən, PUA-lardan istifadə) üsullardan istifadə edərək tunellərin aşkar edilməsi və xəritələşdirilməsi, Kosmosdan alınan təsvirlər əsasında yeraltı tunellər haqqında məlumatların əldə olunması haqqında seminar iştirakçılarının nəzərinə çatdırmışdır. Seminar sual-cavab və diskusiyalarla davam etmişdir. Sonda kafedra müdiri prof. F.Q.Əliyev çıxış edərək mövzunun olduqca aktual olduğunu bildirmiş və çıxışa görə prof. F.Hacızadəyə dərin minnətdarlığını bildirmiş və bu kimi seminarların vaxtaşırı keçirilməsinin çox faydalı olduğunu qeyd etmişdir.