23.11.2022-ci il tarixdə AzMİU-nun "Meliorasiya və su təsərrüfatı tikintisi" kafedrasında elmi seminar keçirilmişdir
23.11.2022-ci il tarixdə “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının elmi seminarı keçirilmişdir. Seminarı açıq elan edən “ST və MKS” fakültəsinin dekan müavini E.Həsənov kafedranın elmi fəaliyyəti ilə tanışlıq üçün silsilə seminarların keçirilməsinin çox təqdirəlayiq bir hal olduğunu qeyd etmişdir. Seminarda “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının müəllimi Hamlet Əliyev “Durulducuların kamerasında dəyişən kütləli axınının dinamikası” adlı mövzu ilə çıxış etmişdir. H.Əliyev çıxışında dəyişən kütlə axınının dinamikası məsələsinin hidrotexniki qurğularda vacib bir amil olduğunu qeyd etmiş və baxılan məsələnin bir çox məşhur alimlər tərəfindən irəli sürülən fərqli təkliflərdə öz əksini tapdığını seminar iştirakçılarının nəzərinə çatdırmışdır. Daha sonra çıxış edən “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının professoru Y.Qəhrəmanlı mövzunun çox aktual olduğunu qeyd etmiş və H.Əliyevə dolğun çıxışa görə dərin təşəkkürünü bildirmişdir. Ardınca “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının dosenti F.Həsənov çıxış edərək baxılan məsələnin ölkəmizdə bir çox hidrotexniki qurğuların layihələndirilməsi zamanı nəzərə alınacaq bir komponent olduğunu vurğulamış və H.Əliyevə çıxışa və seçilən mövzuya görə minnətdarlığını bildirmişdir. Ardınca çıxış edən “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının dosenti A.Mürsəlov ətraflı və maraqlı çıxışa görə H.Əliyevə təşəkkür etmişdir. Seminar sual-cavab və diskusiyalarla davam etmişdir. Sonda “ST və MKS” fakültəsinin dekan müavini, “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının dosenti E.Həsənov çıxış edərək mövzunun olduqca aktual olduğunu bildirmiş və çıxışa görə H.Əliyevə dərin minnətdarlığını bildirmiş və bu kimi seminarların vaxtaşırı keçirilməsinin çox faydalı olduğunu qeyd etmişdir.