24.11.2022-ci il tarixdə AzMİU-nun "Ali riyaziyyat" kafedrasında elmi seminar keçirilmişdir

24.11.2022-ci il tarixde AzMIU-nun "Ali riyaziyyat" kafedrasinda elmi seminar kecirilmisdir

24.11.2022-ci il tarixdə AzMİU-nun “Ali riyaziyyat” kafedrasında elmi seminar keçirilmişdir. Ali riyaziyyat kafedrasının müdiri Prof. Fuad Lətifov seminarda “Mühitlə təmasda olan nano çubuqların dayanıqlılığı və rəqsləri” mövzusu ilə çıxış etmişdir. Fuad Lətifovun çıxışı seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Daha sonra AzMİU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, riyaziyyat üzrə elmlər doktoru, professor Nigar Aslanova ətraflı və maraqlı çıxışa görə F.Lətifova təşəkkürünü bildirmiş, kafedranın elmi fəaliyyətinin inkişafında mütəmadi olaraq elmi seminarların keçirilməsinin vacib bir nüans olduğunu qeyd etmişdir. Ardınca “ST və MKS” fakültəsinin dekanı professor Z.Musayev çıxış edərək Ali riyaziyyat kafedrasının elmi fəaliyyətini yüksək qiymətləndirmiş və F.Lətifovun çıxışına görə minnətdarlığını bildirmişdir. Sonra Ali riyaziyyat kafedrasının professoru İlham Mərdanov çıxış edərək, yüksək səviyyədə təqdim edilən təqdimata görə F.Lətifova təşəkkürünü bildirmişdir. “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasının müdiri Dos. N.Məmmədov çıxış edərək prof. F.Lətifovun təqdim etdiyi mövzunun müasir elmdə ən aktual bir mövzu olduğunu bildirmiş və geniş çıxışa görə dərin minnətdarlığını bildirmişdir. Seminar sual-cavab və diskusiyalarla davam etmişdir.