29.11.2022-ci il tarixdə “Təmiz şəhər” ASC-nin əməkdaşları tərəfindən AzMİU-nun “ST və MKS” fakültəsinin “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri üçün seminar keçirilmişdir

29.11.2022-ci il tarixde “Temiz seher” ASC-nin emekdaslari terefinden AzMIU-nun “ST ve MKS” fakultesinin “Ekologiya muhendisliyi” ixtisasi uzre tehsil alan telebeleri ucun seminar kecirilmisdir

29.11.2022-ci il tarixdə “Təmiz şəhər” ASC-nin əməkdaşları tərəfindən AzMİU-nun “ST və MKS” fakültəsinin “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri üçün seminar keçirilmişdir. AzMİU-nun  Strateji planlaşdırma şöbəsinin mütəxəssisi Vasif Əskərov çıxış edərək AzMİU ilə “Təmiz Şəhər” ASC arasında olan əməkdaşlığa dair tədbirlər planına əsasən artıq silsilə halını almış seminarların keçirilməsinin olduqca faydalı olduğunu diqqətə çatdırmışdır. Daha sonra “Təmiz Şəhər” ASC-nin “Ətraf mühit və əməyin mühafizəsi” şöbəsinin müdir müavini Elnur Əliyev “Ekoloji sənaye parklarının ətraf mühitin mühafizəsində rolu” mövzusu ilə seminarda çıxış etmişdir. E.Əliyevin çıxışı tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır. Seminar sual-cavab və diskusiyalarla davam etmişdir.