23.12.2022-ci il tarixdə AzMİU-da “Təmiz Şəhər” ASC-nin payız semestri üzrə son seminarı keçirilmişdir

23.12.2022-ci il tarixde AzMIU-da “Temiz Seher” ASC-nin payiz semestri uzre son seminari kecirilmisdir

23.12.2022-ci il tarixdə AzMİU-da “Təmiz Şəhər” ASC-nin payız semestri üzrə son seminarı keçirilmişdir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində “Təmiz Şəhər” Mərkəzində Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə “Təmiz Şəhər” ASC-nin nümayəndəsi tərəfindən artıq ənənə halını almış növbəti maarifləndirici seminar keçirilib.
“Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin mühəndisi Cahangir Məmmədzadənin apardığı seminara Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan II kurs tələbələri cəlb olunub.
İlk öncə qurum nümayəndəsi tələbələrə cəmiyyət haqqında məlumat verib. “Bərk məişət tullantıları alternativ enerji mənbəyi kimi”, “Bərk məişət tullantılarının poliqonlarda basdırılması” mövzularına həsr olunan seminarda tullantıdan enerjinin alınması məqsədilə müvafiq zavodlarda həyata keçirilən işlərdən danışılıb, bərk məişət tullantılarının idarə edilməsi prinsipləri istiqamətində görülmüş işlər tələbələrin diqqətinə çatdırılıb. Səhmdar Cəmiyyətin nümayəndəsi tələbələrə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti barədə ətraflı məlumat verərək, zavodun istehsalat gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisə olduğunu vurğulayıb. İlk dəfə olaraq Şuşa layihəsi haqqında da məlumatlar bildirib. Prezentasiya ilə təqdim olunan mövzu tələbələrin marağına səbəb olub. Tələbələrin sualları cavablandırılıb.
Onu da bildirək ki,  AzMİU “Təmiz Şəhər” Mərkəzində aparılan seminarlar mühazirəyə  uyğun ixtisaslarda təhsil alan tələbələr üçün çox faydalı olur, onlar gələcəkdə çalışacaqları sahə ilə bağlı geniş məlumat əldə edirlər.