Hörmətli Cənab Prezident, Ali Baş Komandan! Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə can sağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq!

Hörmətli Cənab Prezident, Ali Baş Komandan!
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə can sağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq!
Azərbaycanın ərazi bütövlüyünün bərpası, xalqın sağlamlığı və rifahının yaxşılaşdırılması yolunda gördüyünüz işlər bizi çox sevindirir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri ” fakültəsinin professor, müəllim və tələbə kollektivi adından Sizə dərin təşəkkürümüzü bildiririk. Şanlı Ordumuzun cəbhədə qazandığı qələbələr münasibətilə Sizi təbrik edir, Sizə, Mehriban xanıma və ailənizə can sağlığı arzulayırıq.
Siz Azərbaycan xalqının 30 illik həsrətinə, ağrısına, niskinliyinə son qoymaq üçün, şəhidlərimizin məzarlarda rahat uyuması, torpaqlarımızın azad olunması və gələcək nəslin xöşbəxtliyi üçün bu addımı atmısınız. İnanırıq ki, Sizin rəhbərliyiniz altında ordumuz erməni faşistlərini Qərbi Azərbaycan torpaqlarımızdan qovacaq, Zəngəzur, Göyçə mahalını azad edəcək və şəhidlərimizin qanı yerdə qalmayacaqdır. Allah bu işdə Sizə yar olsun. Ali Baş Komandan, biz Sizə inanırıq. Bu haqq yolunda Sizə və Şanlı Ordumuza uğurlar arzulayırıq. Hamımız Sizin haqq mübarizənizdə arxanızdayıq və sonuna qədər də Sizinlə bir olacağıq.
Bizim kollektivimiz hər an Sizin göstərişiniz əsasında bu mübarizəyə qoşulmağa hazırdır.
Qarabağ, Zəngəzur, Göyçə bizimdir! Qarabağ, Zəngəzur, Göyçə Azərbaycandır!