Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Azərbaycan “Meliorasiya və Su Təsərrüfatı” ASC arasında 2022-2023-cü illər üzrə əməkdaşlığa dair tədbirlər planına əsasən “ST və MKS” fakültəsində növbəti seminar keçirilmişdir

Azerbaycan Memarliq ve Insaat Universiteti ile Azerbaycan “Meliorasiya ve Su Teserrufati” ASC arasinda 2022-2023-cu iller uzre emekdasliga dair tedbirler planina esasen “ST ve MKS” fakultesinde novbeti seminar kecirilmisdir

Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Azərbaycan “Meliorasiya və Su Təsərrüfatı” ASC arasında 2022-2023-cü illər üzrə əməkdaşlığa dair tədbirlər planına əsasən “ST və MKS” fakültəsində növbəti seminar keçirilmişdir. Seminarda “Meliorasiya Elmi-Tədqiqat İnstitutu”nun şöbə müdiri Hamlet Fəttayev “Sel və daşqınlar, onların idarə olunması tədbirləri” adlı mövzu ilə çıxış etmişdir. H.Fəttayev çıxışında Azərbaycanın sel və daşqın təhlükəli çayları, sel və daşqınların zərərli təsirlərinə qarşı mübarizə tədbirlərindən söhbət açmış, ölkəmizin yerləşdiyi iqlim qurşağına əsasən, sel və daşqınların törədə biləcəyi fəsadlar haqqında məlumat vermişdir. H.Fəttayevin çıxışı tələbələr tərəfindən maraqla qarşılanmış, seminar sual-cavab və müzakirələrlə davam etmişdir.