AzMİU-nun "Mühəndis sistemləri və qurğularının tikintisi" kafedrasında seminar keçirilmişdir

AzMIU-nun "Muhendis sistemleri ve qurgularinin tikintisi" kafedrasinda seminar kecirilmisdir

17.05.2023-cü il tarixində AzMİU-nun “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasında elmi seminar keçirilmişdir. Seminarda “AzAlternativEnerji” MMC-nin “Dizayn və Monitorinq” şöbəsinin müdiri Rasim Məmmədov “SCADA” sistemindən istifadə etməklə bərpa olunan enerji hesabına Su təsərrüfatı və Meliorasiya qurğularının avtomatlaşdırılması” mövzusu ilə çıxış etmişdir. R. Məmmədov çıxışında enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadənin hər zaman diqqət mərkəzində olduğunu qeyd etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən birinin də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarət olduğunu seminar iştirakçılarının nəzərinə çatdırmışdır. Mütəxəssis qeyd etmişdir ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın daxili su ehtiyatlarının təqribi 25%-i formalaşır və bu da təxminən illik 2.56 milyard m3 təşkil edir. Xüsusən qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə günəş enerjisi layihələri həyata keçirmək üçün əlverişli potensial var. Belə ki, Zəngilan, Cəbrayıl və Füzuli ərazisində müşahidə edilən günəş radiasiyası Naxçıvan MR-da müşahidə edilən günəş radiasiyasından sonra ölkə üzrə ən əlverişli ikinci regiondur. İlkin müşahidələr nəticəsində əlverişli günəş radiasiyanına malik müvafiq ərazilər müəyyən edilmişdir. R.Məmmədovun çıxışı seminar iştirakçıları tərəfindən maraqla qarşılanmış, seminar sual-cavab və müzakirələrlə davam etmişdir.