AzMİU-nun "ST və MKS" fakültəsinin tələbələri üçün ekskursiya təşkil edilmişdir

AzMIU-nun "ST ve MKS" fakultesinin telebeleri ucun ekskursiya teskil edilmisdir

AzMİU-nun “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının COP-29 üzrə Fəaliyyət Planına əsasən “ST və MKS” fakültəsinin “Meliorasiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri üçün İmişli və Beyləqan rayonlarında tikinti işləri davam edən sahələrlə, həmçinin mövcud irriqasiya sistemləri və onlar üzərində olan hidrotexniki qurğular ilə tanış olmaq məqsədilə ekskursiya təşkil edilmişdir.

Tələbələrə “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının müəllim heyəti, dos. Vəliyeva S.A., ass. Həsənova A.X., və ass. Məhərrəmova S.Y. rəhbərlik etmişdir.

Təcrübə İmişli və Beyləqan rayonları ərazisində yerləşən Qızılarx kanalı, Bəhramtəpə hidroqovşağı, Yuxarı Qarabağ kanalı, Boztəpə kanalında təşkil olunmuşdur.

Təcrübənin məqsədi tələbələrin Universitet nəzdində keçirilən nəzəri dərslərə daha da yaxşı yiyələnməsi üçün ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış etmək və gələcək iş həyatına hazırlamaqdan ibarət olub.

Müəllim və tələbə heyəti ərazidə “Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin” tikintiyə nəzarət üzrə baş mütəxəssisi U.S. Məmmədov və (AGE) MMC-nin tikintidə keyfiyyətə nəzarət üzrə mühəndisi E.U. Məmmədov tərəfindən qarşılanaraq, əvvəlcə İmişli rayonu Qaradonlu kəndi ərazisində   layihəsi  keçən ilin yanvar ayında başlamış və hal-hazırda davam edən uzunluğu 30 km, saniyəlik sərfi 11,8-12,5m3/san  olan Qızılarx kanalının tikintisi ilə tanış olmuşlar.

Eyni zamanda  İmişli rayonu, Çaxırlı kəndi ərazisində Araz çayının yeni qolu, İmişli rayonu Bəhramtəpə qəsəbəsində Araz çayı üzərində quraşdırılmış Bəhramtəpə hidroqovşağı, Beyləqan rayon İmamverdilər kəndi ərazisindən keçən Boztəpə kanalının yenidən qurulması, kanalın armabetonla işlənməsi,  üzərindəki  qurğulara (SCADA, 400lük, 600lük, , 800-lük,1000lik və 1200lük suburaxanlar və körpü ilə birləşmiş səviyyəqaldıran qurğu) baxış keçirilməsi ilə davam etdirilmişdir. Həmçinin İmişli rayonu,  Qaragüvəndikli kəndi ərazisində Qarabağ kanalı üzərindən keçən 1000lik 4 borudan ibarət akveduka baxış və Qarabağ kanalı üzərində yerləşən vegetasiya dövründə suyun artırılması məqsədilə İmişli rayon su meliorasiya idarəsinin balansında olan 10 saylı su nasos stansiyasına baxış keçirilmişdir.

Keçirilən təcrübədə AzMİU-nun müəllim və tələbə heyətinin yüksək səviyyədə qarşılanaraq ayırdıqları zamana, ayrı-ayrı obyektlər haqqında ətraflı məlumata görə “Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin” tikintiyə nəzarət üzrə baş mütəxəssisi U.S. Məmmədova və (AGE) MMC-nin tikintidə keyfiyyətə nəzarət üzrə mühəndisi E.U. Məmmədova dərin təşəkkürümüzü bildiririk.