Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Azərbaycan “Meliorasiya və Su Təsərrüfatı” ASC arasında 2022-2023-cü illər üzrə əməkdaşlığa dair tədbirlər planına əsasən “ST və MKS” fakültəsində növbəti seminar keçirilmişdir

Azerbaycan Memarliq ve Insaat Universiteti ile Azerbaycan “Meliorasiya ve Su Teserrufati” ASC arasinda 2022-2023-cu iller uzre emekdasliga dair tedbirler planina esasen “ST ve MKS” fakultesinde novbeti seminar kecirilmisdir

Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Azərbaycan “Meliorasiya və Su Təsərrüfatı” ASC arasında 2022-2023-cü illər üzrə əməkdaşlığa dair tədbirlər planına əsasən “ST və MKS” fakültəsində növbəti seminar keçirilmişdir. Seminarı açıq elan edən “ST və MKS” fakültəsinin dekan müavini Hamlet Əliyev seminara təşrif  buyurmuş “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin əməkdaşlarına xüsusi təşəkkürünü bildirmiş, artıq silsilə halını almış seminarların təşkilinin təqdirəlayiq bir hal olduğunu qeyd etmişdir.  Daha sonra “Meliorasiya və Su Təsərrüfatı”  ASC-nin əməkdaşı Əli Qənbərli çıxış edərək, tədbirlər planına əsasən gələcək görüşlərdə esse müsabiqəsinin təşkili, təcrübə proqramları, o cümlədən müxtəlif su anbarlarına, təcrübə stansiyalarına ekskursiyaların nəzərdə tutulduğunu diqqətə çatdırmışdır. Ardınca “Meliorasiya” Elmi-tədqiqat İnstitutunun “Suvarma” şöbəsinin müdiri Elman Rufullayev “ST və MKS” fakültəsinin tələbələrinə “İqlim dəyişiklikləri şəraitində sudan səmərəli istifadə olunması” adlı mühazirə oxumuşdur. E.Rufullayev sudan səmərəli istifadə olunmanın günümüzün aktual bir məsələsi olduğunu qeyd etmiş, şirin su ehtiyatlarının getdikcə azaldığını, dünya alimlərinin yaxın gələcəklə bağlı proqnozlarında, su ehtiyatlarının bəşər övladı qarşısında dayanan ciddi və olduqca aktual bir mövzu olmasından söhbət açmışdır. Elman Rufullayevin çıxışı tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır və seminar diskusiya və sual-cavablarla yekunlaşmışdır.