"Ekologiya və su təsərrüfatı" elmi-texniki və istehsalat jurnalının rəsmi internet saytı (www.ekosu.az ) istifadəyə verilmişdir.

"Ekologiya və su təsərrüfatı" elmi-texniki və istehsalat jurnalının təsisçisi “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsinin dekanı, professor, əməkdar müəllim Zakir Musayevdir. Jurnal 2004-cü ildən fəaliyyət göstərir və jurnalda “Ekologiya və ətraf mühitin mühafizəsi”, “Hidrotexnika və meliorasiya”, “Mühəndis qurğuları və İnşaat konstruksiyaları” bölmələri üzrə elmi məqalələr dərc edilir.