"ST və MKS" fakültəsində seminar keçirilmişdir

"ST ve MKS" fakultesinde seminar kecirilmisdir

15.11.2022-ci il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Azərbaycan “Meliorasiya və Su Təsərrüfatı” ASC arasında 2022-2023-cü illər üzrə əməkdaşlığa dair tədbirlər planına əsasən “ST və MKS” fakültəsində növbəti seminar keçirilmişdir. “Meliorasiya” Elmi-tədqiqat İnstitutunun “Suvarma” şöbəsinin müdiri Elman Rufullayev “ST və MKS” fakültəsinin tələbələrinə “Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi” adlı mühazirə oxumuşdur.